CƏMİYYƏT


Azərbaycanda koronavirusa 68 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 274 nəfər müalicə olunaraq sağalıb, 68 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 334 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 326 min 893 nəfər müalicə olunaraq sağalıb, 4941nəfər vəfat edib. Aktiv xəstə sayı 2881 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 567 min 745 test aparılıb. Bugünkü test sayı isə 7794-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.