CƏMİYYƏT


Azərbaycanda koronavirusa 963 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2091 nəfər müalicə olunaraq sağalıb, 963 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 322 min 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 296 min 875 nəfər müalicə olunaraq sağalıb, 4597 nəfər vəfat edib. Aktiv xəstə sayı 21289 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 279 min 163 test aparılıb. Bugünkü test sayı isə 11328-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.