CƏMİYYƏT


Azərbaycanda koronavirusa daha 4170 yoluxma faktı qeydə alınıb, 1985 nəfər sağalıb

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4170 yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 118 min 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 73 min 676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib. Aktiv xəstə sayı 43 min 158 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 718 min 235 test aparılıb. Bugünkü test sayı isə 17 min 581-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.