CƏMİYYƏT


Azərbaycanda koronavirusa yoluxma dinamikasının aşağı enməsinin əsas səbəbi uğurla davam edən vaksinasiya prosesidir

Bakı, 27 aprel, AZƏRTAC

Dünyada COVID-19 virusunun yayılma tezliyinə baxsaq, görərik ki, vəziyyət yenidən pisləşməyə doğru gedir. Belə ki, hazırda ən ağır vəziyyət Hindistanda müşahidə edilir. Yeni Hindistan stammına bu ölkədə gün ərzində 300.000-dən çox insan yoluxur, hər gün 2000-dən çox koronavirus xəstəsi həyatını itirir. Hindistanda artıq demək olar ki, səhiyyə iflic hala düşüb, dərmanlar və oksigen balonları çatmır, morqlar doludur. COVID-19 virusundan dünyasını dəyişənlərin cəsədləri artıq küçələrdə yandırılır.

Bunu AZƏRTAC-a Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov deyib.

Ekspert bildirib ki, dünyada olan bu ağır dönəmdə ölkəmizdə koronavirusa yoluxma dinamikasının aşağı enməsini müşahidə edirik. Buna olan səbəblərdən ən əsası ölkədə uğurla davam edən vaksinasiya prosesidir. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 423 min 660-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 939 min 460, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 484 min 200 nəfərdir.

Dünyada ölkələr arasında vaksinlərin ədalətsiz paylaşdırılması dönəmində Azərbaycanın vaksin əldə etməsi bütövlükdə ölkəmiz üçün böyük bir uğurdur. Bu uğurun arxasında Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti və dünyada yüksək səviyyədə olan nüfuzudur. Bundan başqa vaksinasiya prosesinin təşkilində aidiyyəti səhiyyə qurumlarının peşəkarlığını da qeyd etmək istərdim.

Qarşıdan gələn müqəddəs Ramazan bayramı ilə bağlı ekspert A.Hüseynov öz fikirlərini deyib: “Bayramla əlaqədar bir həftə qeyri iş günləri təsdiq edilib. Bu günləri yaxşı olardı ki, vətəndaşlarımız öz ailələri ilə keçirsinlər. Müqəddəs Ramazanda yaxşılıq etmək və savab qazanmaq istəyən dəyərli vətəndaşlar bunu məsafədən etmələri məqsədə uyğundur. Bununla onlar həm özlərini, həm ailələrini, həm də yaxşılıq etmək istədikləri insanları qorumuş olacaqlar. Yuxarıda qeyd etdiyim məqamlarla yanaşı sadə sanitar-gigiyena qaydalarına da əməl etməyimiz vacibdir. Bunlar, maskanı düzgün şəkildə taxmaq, sosial məsafə və əl gigiyenasına riayət etməkdir. Hər bir vətəndaş bu qaydalara əməl etməklə həm özünü həmdə ətrafını qorumuş olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.