CƏMİYYƏT
Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə daha 7283 test aparılıb
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 1-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7283 test aparılıb. Ötən müddətdə aparılan testlərin sayı 732 min 236-ya çatıb.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 5229-a bərabərdir. Xəstələrdən 267 nəfəri reanimasiyadadır ki, onlardan da 64-ü süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, avqustun 1-də Azərbaycanda koronavirus infeksiyasına daha 279 yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.