CƏMİYYƏT
Azərbaycanda koronavirusdan daha 535 nəfər sağalıb, 321 yoluxma faktı qeydə alınıb
Bakı, 25 iyul, AZƏRTAC
Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 535 nəfər sağalıb, 321 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 29 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 22 min 82 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib. Aktiv xəstə sayı 7143 nəfərdir.
Ötən müddət ərzində 676 min 252 test aparılıb. Bugünkü test sayı isə 8433-dür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]