CƏMİYYƏT


Azərbaycanda koronavirusdan daha 592 nəfər sağalıb, 279 yeni yoluxma faktı qeydə alınıb

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 592 nəfər sağalıb, 279 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 32 min 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 26 min 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib. Aktiv xəstə sayı 5229 nəfərdir.

Ötən müddət ərzində 732 min 236 test aparılıb. Bugünkü test sayı isə 7283-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.