CƏMİYYƏT


Azərbaycanda koronavirusdan daha 631 nəfər sağalıb, 412 yoluxma faktı qeydə alınıb

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 631 nəfər sağalıb, 412 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 30 min 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 23 min 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib. Aktiv xəstə sayı 6555 nəfərdir.

Ötən müddət ərzində 698 min 815 test aparılıb. Bugünkü test sayı isə 8429-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.