CƏMİYYƏT


Azərbaycanda koronavirusdan ölüm halı qeydə alınmayıb

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 153 nəfər müalicə olunaraq sağalıb, 48 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, koronavirusdan ölüm halı qeydə alınmayıb.

Hazırkı dövrədək ölkəmizdə 335 min 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib. Aktiv xəstə sayı 1189 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 653 min 74 test aparılıb. Bugünkü test sayı isə 8162-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.