CƏMİYYƏT


Azərbaycanda koronavirusla əlaqədar süni tənəffüs cihazına qoşulan xəstələrin sayı azalıb

Bakı, 9 avqust, AZƏRTAC 

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı azalıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildiriblər ki, hazırda reanimasiya şöbəsində 253 nəfər müalicə alır. Ötən gün isə bu say 259-a bərabər idi.

Xəstələrdən 47 nəfəri süni tənəffüs cihazına qoşulub. Avqustun 8-də isə süni tənəffüs cihazına qoşulanların sayı 59 nəfər idi.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin də sayı azalmaqdadır. Hazırda aktiv xəstə sayı 2714 nəfərdir. Ötən gün isə bu say 2937-yə bərabər idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.