CƏMİYYƏT


Azərbaycanda koronavirusla əlaqədar süni tənəffüs cihazına qoşulanların sayı azalıb

Bakı, 4 avqust, AZƏRTAC 

Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 255 nəfərdir. Avqustun 3-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 259 nəfər idi.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Xəstələrdən 51 nəfər süni tənəffüs cihazına qoşulub. Ötən gün də bu say 62-yə bərabər idi.

Hazırda ölkəmizdə 4089 aktiv koronavirus xəstəsi var. Avqustun 3-də isə aktiv xəstə sayı 4456-ya bərabər idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.