CƏMİYYƏT


Azərbaycanda koronavirusun xaricdən idxalolunma halı 1 faizdir

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

AZƏRTAC koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 55,9 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 14,9, Aran rayonlarında 10,4, Gəncə-Qazax bölgəsində 6,5, Lənkəranda 4,1, Quba-Xaçmazda 2,4, Şəki-Zaqatalada 2,3, Dağlıq Şirvanda 1,5, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,09 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 1 faizdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.