REGİONLAR


Azərbaycanda küncüt yığımına başlanılıb FOTO

Bakı, 16 sentyabr, AZƏRTAC

Bu il Saatlı rayonunda 30 hektara yaxın ərazidə küncüt əkini aparılıb. Birinci və ikinci əkin kimi əkilən küncütün artıq yığımına başlanılıb.

AZƏRTAC xəbər verir ki, fermer Şahmurad İmanova məxsus sahədə qəhvəyi küncüt əkilib. Nəticədə 1 hektar sahədən 12 sentner məhsuldarlıq əldə edilib. Ümumiyyətlə, dünyada 1 hektar sahədə ən yüksək məhsuldarlıq 15-16 sentner hesab edilir. Fermerlər tərəfindən əsasən ağ və qəhvəyi küncüt toxumları əkilir, lakin ən məhsuldar və keyfiyyətli toxum qəhvəyi küncütdür. Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti bu sahənin inkişafına dəstək olmaq, həmçinin digər fermerlərin də bu sahəyə marağının artırılmasını təşviq etmək üçün bir sıra addımlar atıb. Belə ki, Cəmiyyət ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik sahəsinin inkişafı məqsədilə fermerlərə kompleks aqrotexniki xidmətlərlə bağlı təkliflər paketi hazırlayıb. Tədbirlər planında əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika, keyfiyyətli mineral gübrə və zərərvericilərə qarşı mübarizə üçün dərman təminatı ilə bağlı fermerlərə dəstək öz əksini tapıb.

Küncüt qeyri-ənənəvi bitki olduğu üçün fermerlərin maarifləndirilməsi və bitkinin vegetasiya müddətində düzgün qulluğun edilməsi üçün “Aqroservis” ASC Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edərək bu sahələrə aqronomların ayrılması, bitkinin düzgün inkişafı üçün aqrotexniki məsələlərin həlli istiqamətində müvafiq işlər görüb.

Görülən işlərin əsas məqsədi maarifləndirmə və bu sahəyə olan marağın artırılması ilə yanaşı, texniki təminatda dəstək, iqtisadi cəhətdən daha çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçilik sahələrini inkişaf etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.