CƏMİYYƏT


Azərbaycanda məhkəmə-hüquq sistemində yeni qaydalar müəyyənləşir

Azərbaycanda məhkəmə-hüquq sistemində yeni qaydalar müəyyənləşir

Bakı, 26 may, AZƏRTAC

Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılır və Şuranın hakim üzvlərinin sayının artırılması təklif edilir.

AZƏRTAC xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 26-da onlayn keçirilən iclasının gündəliyində müzakirə edilən “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.

Birinci oxunuşda təqdim olunan sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.

Eyni zamanda, Hakimlərin Seçki Komitəsində bütün hakimiyyət qollarının nümayəndələrinin təmsil olunması məqsədilə Hakimlərin Seçki Komitəsinin üzvlərinin sırasına Azərbaycan Respublikası Milli Məclisi Aparatının nümayəndəsi əlavə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.