CƏMİYYƏT


Azərbaycanda meşə yanğınları daha çox antropogen amillərin təsiri nəticəsində baş verir

Bakı, 18 may, AZƏRTAC

Azərbaycanda meşə yanğınları daha çox antropogen amillərin təsiri nəticəsində baş verir. Belə ki, meşəyə bitişik olan əkin sahələrinin biçildikdən sonra yandırılması, vətəndaşların ehtiyatsızlıq edərək siqareti və şüşə qabları meşəyə yaxın ərazilərə atmaları, meşə ərazilərində təşkil edilən pikniklər zamanı qalanan tonqalın tam söndürülməməsi yanğına səbəb olur.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov “Ekspert saatı”nda deyib.

M.Səfərovun sözlərinə görə, ölkə ərazisindəki meşələrdə təbii amillərlə əlaqədar olan yanğınlar da qeydə alınır ki, bunlar da ildırım, şimşək çaxması zamanı baş verir. Bu da əsasən meşələrin yüksək ərazilərində, əlçatmaz yerlərdə müşahidə olunur. Ölkəmizdə təbii faktorların təsiri nəticəsində baş verən yanğınlara təsadüfi hallarda rast gəlinir. Yanğınlar daha çox insan amilinin təsirindən baş verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.