İQTİSADİYYAT


Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

Bakı, 25 yanvar, AZƏRTAC

2020-ci ildə ölkədə 1949 və ya əvvəlki ilə nisbətən 411 ədəd az minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 352,2 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu illə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 47 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 5,1 faiz azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.