İQTİSADİYYAT
Azərbaycanda mobil cihazların qeydiyyat sistemi işə başlayır VIDEO
Bakı, 1 may (AZƏRTAC). Mayın 1-dən etibarən Azərbaycanda mobil telefonların IMEI kodlarının qeydiyyatı sistemi işə salınır.Bundan sonra respublika ərazisinə şəxsi istifadə üçün idxal edilən mobil telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək lazım olacaqdır.
Bu qaydalar Azərbaycana gələn turist və qonaqlara şamil edilmir. Onların mobil telefonlarına rouminq xidməti göstərilir.Yeni sistem mobil telefon bazarının vəziyyəti haqqında dədiq məlumat almağa imkan verir.Yeni sistemin köməyi ilə Azərbaycanda IMEI kodların qeydiyyatı dərhal bir neçə problemi həll edəcəkdir.IMEI kodların yoxlanılması üçün ümumi məlumat bazasına çıxış imei.az saytı vasitəsilə həyata keçiriləcəkdir. Saytda məlumata ümumi çıxış mövcuddur. Məlumatı əldə etmək üçün, həmçinin *1677 informasiya-sorğu xidməti yaradılmışdır.
Sistem Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) bazasına əsaslanır. Mərkəz bazalar, həmçinin Dövlət Gömrük Komitəsində və Naxçıvan Muxtar Respublikasında yaradılmışdır. Şəxsi istifadə üçün respublikaya idxal ediləcək mobil telefonların qeydiyyatı xidməti pulsuz həyata keçiriləcəkdir.Mayın 1-dək operatorların şəbəkəsində istifadə edilən mobil telefonlar avtomatik olaraq “ağ siyahı”ya qoşulmuşdu. Bu gündən etibarən, həmçinin “qara siyahı” işə salınacaqdır. Bu sıyahıya oğurlanan mobil telefonlar və oxşar IMEI kodları olan qurğular və digər ölkələrdə oğurlanan mobil telefonların IMEI kodları daxil edilmişdir. Həmçinin “boz siyahı” işə salınmışdır ki, bura operator şəbəkələrinə qoşulmuş yeni telefonlar haqqında məlumat daxil ediləcəkdir. Həmin telefonların sahibləri öz qurğularını 30 gün ərzində qeydiyyatdan keçirməlidirlər.