Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda müasir tələblərə cavab verən gömrük sistemi yaradılıb

Azərbaycanda müasir tələblərə cavab verən gömrük sistemi yaradılıb

Bakı, 17 yanvar, Samirə Quliyeva, AZƏRTAC

Gömrük xidməti ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran və nəticə etibarilə onun suverenliyinin qorunmasında fəal iştirak edən etibarlı qüvvədir. İqtisadi inkişafın dərinləşməsi, daxili bazarın yad təsirlərdən qorunması, beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, eləcə də dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında gömrük xidmətinin rolu böyükdür. Azərbaycan gömrüyü tarixən zəngin inkişaf yolu keçib. Orta əsrlərə aid sənədlər sübut edir ki, Azərbaycanın xarici ticarət əlaqələrinin çox qədim tarixi var. Hələ IX əsrdə Azərbaycan ərazisində gömrük vergiləri tətbiq olunurdu. XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə kimi, yəni Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına qədər burada sərbəst vergi və gömrük siyasəti yeridilirdi. Azərbaycan Respublikasının gömrük sistemi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun formalaşıb və inkişaf edərək çoxfunksiyalı kompleksə çevrilib. Bu gün Prezident İlham Əliyev Azərbaycan gömrüyünün öz qabaqcıl ənənələrinin daha da təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır və Azərbaycanda dünyanın ən təkmil gömrük sistemlərindən biri fəaliyyət göstərir.

1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsi müstəqil gömrük xidməti ölkəmizin təhlükəsizliyi istiqamətində mühüm rola malikdir. Ümummilli Liderin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb. Prezident İlham Əliyev gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir. Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb.

“Elektron növbə” layihəsi tətbiq edilir

Dövlət Gömrük Komitəsi gömrük-sərhəd keçid məntəqələrində sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli keçidini təmin etmək məqsədilə “E-növbə” layihəsi yüngül nəqliyyat vasitələrinin və sərnişinlərin gömrük buraxılış məntəqələrində sıxlıq problemi olmadan rahat şəkildə keçidi üçün yenilik tətbiq edib. Layihə daha rahat və sürətli keçid imkanı yaradır. Layihəyə əsasən, "Elektron növbə" (e-növbə); "Sürətli keçid" (Fast Track); "CİP xidmətləri" təklif olunur. Bunun üçün yalnız bir-iki dəqiqə vaxt sərf etmək lazım gəlir. İnternetə çıxışı olan istənilən məkandan və ya mobil telefon vasitəsilə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindəki “Elektron xidmətlər” bölməsindən “onlayn növbə” alt bölməsinə daxil olaraq “e-növbə” xidmətini seçmək lazımdır. Prosedur yerinə yetirildikdən sonra seçilən vaxtda gömrük-sərhəd keçid məntəqəsinin ərazisinə yaxın yerdə gözləmək, mobil telefona “qapıya gedin” SMS-i daxil olduqdan sonra buraxılış məntəqəsinə yaxınlaşmaq yetərlidir. Məntəqənin giriş qapısında quraşdırılmış elektron tabloda avtomobilin nömrəsi əks olunduqda vətəndaş canlı növbəyə durmadan növbədənkənar gömrük ərazisinə daxil ola bilir.

“Yaşıl dəhliz” ticarətin asanlaşdırılmasında “yaşıl işıq”dır

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2016-cı il 4 mart tarixli Sərəncamına əsasən, elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sisteminin yaradılması istiqamətində ciddi tədbirlər görülüb. "Yaşıl dəhliz" buraxılış sisteminin məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir.

“Yaşıl dəhliz”in tətbiqi ilə bağlı Fərmanın icrasına ötən il fevralın 1-dən başlanılıb və 530-dək xarici iqtisadi fəaliyyət iştirakçısına həm idxalda, həm ixracda bu status tanınıb və qısa müddətdə illik 8 milyard dollara yaxın ticarət dövriyyəsi həyata keçirilib. "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası" ticarət sahəsində yeni innovativ vasitələrin tətbiqini nəzərdə tutur. Ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin şəffaflaşdırılması sahəsində işlər görülüb, gömrük sahəsində geniş və sistemli islahatlar həyata keçirilib. Sistem beynəlxalq ticarətin asanlaşmasına, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin daha çevik və şəffaf həyata keçirilməsinə, risk qiymətləndirilməsi əsasında gömrük nəzarəti formalarının tətbiqinə, ölkəmizin ixrac potensialının güclənməsinə səbəb olur. "Yaşıl dəhliz" buraxılış sistemi ilə bağlı yeni qaydanın tətbiqi şəffaflığın təmin olunması üçün bir nümunədir, bu sistem xarici ticarət iştirakçılarının bir sıra üstünlüklər əldə etməsinə şərait yaradır.

Gömrük Komitəsi büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynayır

2018-ci ilin ilkin proqnoz göstəriciləri ilə müqayisədə 2019-cu ildə gömrük ödənişlərindən faktiki olaraq 1 milyard 970 milyon əlavə vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. Keçən il bir milyard, bu il 2 milyard manatadək vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib, bu da iki dəfədən çoxdur. 2019-cu ilin büdcə proqnozu 3 milyard 702 milyon manat nəzərdə tutulmuşdu. Büdcənin icrası isə 4 milyard 408 milyon manat təşkil edib, dövlət büdcəsinə 706,6 milyon manat əlavə vəsait köçürülüb və icraya 119,1 faiz əməl olunub. 2019-cu il ərzində vergitutma bazası əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalıb. İdxal mallarına 50 faiz həcmində vergi imtiyazı verilib, ümumiyyətlə, güzəştlər tətbiq olunur. Azərbaycan Respublikasına idxal olunan mallara tətbiq edilən gömrük rüsumları üzrə azadolmanın həcmi 65 faiz, idxal olunan mallara tətbiq edilən əlavə dəyər vergisinin azadolmanın həcmi isə 35 faiz təşkil edib.

Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib: “Əminəm ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək. Gömrük-keçid məntəqələri ilə bağlı verdiyim tapşırıqlar icra edilir. Hər bir gömrük-keçid məntəqəsi, hər bir hava limanı ölkəmizin giriş qapısıdır və hər gələn qonaq ilkin təəssüratı oradan əldə edir. Azərbaycan vətəndaşları da çox rahat keçməlidirlər və xarici qonaqlar da. Bizim sərhədlərimiz cinayətkarlar üçün, qaçaqmalçılar üçün bağlı olmalıdır, ancaq dostlarımız üçün açıq olmalıdır. Ona görə burada bu tarazlığı təmin etmək üçün daha da fəal işləmək lazımdır”.

Qaçaqmalçılıqla bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə genişləndirilib

Ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran gömrük orqanlarının ən ümdə vəzifələrindən biri də milli-mənəvi dəyərləri qorumaq, arxeoloji, tarixi və mədəni sərvətlərin qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması hallarının qarşısını almaqdır. Azərbaycan Gömrük Xidməti hüquqpozmalara qarşı mübarizədə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadəyə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb. Qaçaqmalçılıq və digər hüquqpozmalara qarşı mübarizə istiqamətində hədəflərin müəyyənləşdirilməsi işi təkmilləşdirilib, müvafiq mərkəz istifadəyə verilib və müasir texniki vasitələrlə və proqramlarla təmin edilib. Təkcə ötən il 13 min 443 hüquqpozma faktı aşkarlanıb ki, onlardan 866-sı cinayət xarakterli olub. Faktların əksəriyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar təşkil edib. Dövlət Gömrük Komitəsi tərəfindən 2 tondan çox narkotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb. 2019-cu ildə qaçaqmalçılıq yolu ilə gətirilərkən tutulan malların ümumi dəyəri 300 milyon dollardan çox olub.

“E-gömrük” xidmətlərinin tətbiqi ticarəti asanlaşdırır

Elektron gömrük xidmətlərindən biri və DGK-da yaradılan vahid “SMS-məlumatlandırma” sistemidir. Sistem əsasən sahibkarlara idxal zamanı yük gömrük ərazisindən çıxdıqda və təyinat nöqtəsinə çatdıqda SMS vasitəsilə bildiriş göndərilir. Təkmilləşdirmə işləri aparıldıqdan sonra yüklərin sənədləşdirilməsi, ödəniləcək gömrük rüsumu ilə bağlı da SMS-lə məlumat verilir.

E-gömrük xidmətlərinin tətbiqi ticarətin asanlaşdırılması ilə yanaşı, həmçinin təhlükəsizliyin də daha rahat təmin edilməsinə səbəb olur. Belə ki, GPS sistemindən istifadə başqa ölkələrin gömrük orqanları ilə qarşılıqlı informasiya mübadiləsi, “Hədəf” mərkəzinin fəaliyyəti, yaradılan mobil qruplar, həmçinin reallaşdırılması planlaşdırılan sürətli poçt göndərişləri ilə bağlı layihə də ölkəyə gətirilən malların qanunvericiliyə uyğunluğunu təmin edəcək.

İnanırıq ki, gələcəkdə də gömrük xidməti iqtisadi inkişafa təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasi kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük əməkdaşları bu vəzifələrin reallığa çevrilməsinin təminatçısı olacaq. Ölkəmizdə müasir tələblərə cavab verən gömrük sisteminin yaradılması işi dövlət və hökumət tərəfindən bu gün də dəstəklənir, gömrük sahəsində əldə olunan nailiyyətlər layiqincə dəyərləndirilir.

Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub