SİYASƏT


Azərbaycanda müasir yol infrastrukturunun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub

Bakı, 10 may, AZƏRTAC 

“Azəravtoyol” ASC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Heydər Əliyevin müasir yol infrastrukturuna qayğı və töhfələri” mövzusunda tədbir keçirilib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar. Daha sonra tədbir Cəmiyyətin akt zalında davam etdirilib.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov müstəqil dövlətimizin banisi Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhfələr, əsasını qoyduğu irimiqyaslı layihələr barədə danışaraq deyib: “Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Həmin islahatların nəticəsidir ki, bu gün ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında köklü dəyişikliklər baş verib. Yol infrastrukturu üzrə mühüm layihələr həyata keçirilib, yeni yollar, körpülər salınıb. Bir sözlə, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib”.

S.Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın dayandığını diqqətə çatdırıb. Qeyd edilib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu mükəmməl strategiya və uğurlu xarici və daxili siyasət müasir dövrün reallıqlarına uyğun olaraq qətiyyətlə və ardıcıllıqla gerçəkləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.