REGİONLAR


Azərbaycanda muzey işi sahəsində həyata keçirilən islahatlar Ulu Öndərin adı ilə bağlıdır

Bakı, 19 may, AZƏRTAC

Göyçay şəhərində “Heydər Əliyev İli” çərçivəsində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin müavini Zivər Zeynalova, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov və Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülçin Babayeva çıxış edərək, muzey işçilərini Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik edib, muzeylərin fəaliyyət göstərməsinin cəmiyyətimizin inkişafında xüsusi çəkisi olduğunu vurğulayıblar.

Qeyd olunub ki, hər il keçirilən Muzeylər Gününün “Heydər Əliyev İli”ndə qeyd olunması xüsusi önəm kəsb edir. Hər bir sahəyə diqqətlə yanaşan Ümummilli Liderin təşəbbüsü və dəstəyi ilə regionlarda Tarix-diyarşünaslıq muzeyləri, görkəmli şəxslərin ev-muzeyləri yaradılmışdır. Azərbaycanda muzey işi sahəsində görülən işlər, həyata keçirilən islahatlar Ulu Öndərin adı ilə sıx bağlıdır. Muzeylərdə maraqlı eksponatların nümayiş olunması və müxtəlif mədəni tədbirlərin keçirilməsi gənc nəslə öz tarixini daha dərindən öyrənməsinə şərait yaradır.

Sonra Göyçay Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirakı ilə konsert proqramı təşkil olunub, məktəblilərin və məktəbəqədər müəssisələrin körpə fidanlarının ifasında vətənpərvərlik şeirləri səsləndirilib.

Tədbirin sonunda qonaqlar muzeydə sərgilənən eksponatlara baxış keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.