İQTİSADİYYAT


Azərbaycanda neft hasilatı azalıb, əmtəəlik təbii qaz istehsalı isə artıb

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycanda neft istehsalı azalıb, əmtəəlik təbii qaz hasilatı isə artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ötən il 46,7 milyard manatlıq və ya 2018-ci illə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib.

Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft istehsalı 3,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 27,7 faiz artıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6 faiz çoxalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.