İQTİSADİYYAT


Azərbaycanda neftin emalı 51 min ton artıb

Azərbaycanda neftin emalı 51 min ton artıb

Bakı, 16 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında ölkədə 5,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, respublika üzrə neft hasilatının 3,1 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.

Hesabat dövründə 4,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,8 milyon tonu konsorsiumun, 305 min tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il martın 1-dək 611 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 570 milyon ton neft, “Şahdəniz”dən isə 41 milyon ton kondensat çıxarılıb. Bu dövr ərzində 609 milyon tondan çoxu ixraca nəql edilib.

2023-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 51 min ton çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.