İQTİSADİYYAT


Azərbaycanda növbəti Beynəlxalq İnnovasiya Həftəsi keçiriləcək

Bakı, 15 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycanda növbəti Beynəlxalq İnnovasiya Həftəsi keçiriləcək.

Bu barədə AZƏRTAC-a müsahibəsində BMT-nin İnkişaf proqramının (UNDP) layihə meneceri Vasif Məmmədov deyib.

“Ötən il oktyabrın 26-30-da Azərbaycanda ilk dəfə Beynəlxalq İnnovasiya Həftəsi keçirildi. Bu tədbirin davamı olaraq qarşıda gələn həftələrdə İnnovasiya həftəsi və ya İnnovasiya festivalı keçiriləcək. İnnovasiya ayı təşkil etməyi də planlaşdırırıq”, - deyə V.Məmmədov bildirib.

Bakıda ilk dəfə keçirilən “Kibertəhlükəsizlik həftəsi” barədə danışan Vasif Məmmədov VI Regional İnternet İdarəçilik Forumunun yüksək əhəmiyyətini qeyd edib: “Bu həftənin ən vacib tədbirlərindən biri VI Regional İnternet İdarəçilik Forumu (RİİF) oldu. Bu il iştirakçı sayı xeyli artaraq 250-dən çox oldu. Tədbirə olan yüksək maraq onu göstərir ki, bu mövzu müzakirə olunacaq bir mövzudur. “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusunda keçirilən forum mövzunun aktuallığını bir daha təsdiqlədi. Tədbirdə iştirak edən xarici yüksəkvəzifəli şəxslərin və mütəxəssislərin forumdan məmnunluq ifadə etmələri bizim uğurumuzdur. Əvvəllər RİİF “Bakutel” sərgisi çərçivəsində keçirilirdi, lakin bu il ilk dəfə olaraq qrafikdən kənar, martda keçirildi. Biz inanırıq ki, gələcəkdə bu istiqamətdə tədbirlər daha geniş formatda təşkil olunacaq”, -deyə BMT-nin İnkişaf proqramının (UNDP) layihə meneceri deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.