CƏMİYYƏT
Azərbaycanda ötən həftə koronavirusdan 4429 nəfər sağalıb
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycanda ötən həftə - iyulun 27-dən avqustun 2-dək yeni növ koronavirus (COVID-19) infeksiyasından 4429 nəfər sağalıb, 2393 yoluxma faktı qeydə alınıb.
AZƏRTAC koronavirusinfo.az saytına istinadla xəbər verir ki, indiyədək ən çox sağalma halı məhz ötən həftə qeydə alınıb. Son iki ay ərzində isə həftələr arasında ən az yoluxma halına görə ikinci ən yaxşı göstərici iyulun 27-dən avqustun 2-dək olan həftənin payına düşür. Belə ki, iyundan etibarən ən az yoluxma halı iyunun 1-dən 7-dək olan həftədə müşahidə olunub: 2059 yoluxma.
Bununla yanaşı, ölkəmizdə iyulun 27-dən avqustun 2-dək koronavirusdan 45 nəfər həyatını itirib. Bu say təxminən son bir ay ərzində həftələr arasında qeydə alınan ən az ölüm göstəricisidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]