İQTİSADİYYAT


Azərbaycanda ötən il 1,9 milyon tonadək dizel yanacağı istehsal olunub

Bakı, 17 yanvar, AZƏRTAC

2017-ci ildə Azərbaycanda 1 milyon 895,7 min ton dizel yanacağı, 1 milyon 215,1 min ton avtomobil benzini, 188,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 587,9 min ton ağ neft, 266,3 min ton yanacaq mazutu, 34,9 min ton sürtkü yağları, 237,2 min ton neft bitumu və 226,7 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 727,3 milyon manat olmaqla 2016-cı illə müqayisədə 7,8 faiz azalıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı 5,4 faiz, sürtkü yağlarının istehsalı 3,6 dəfə, neft bitumunun istehsalı 32,4 faiz və neft koksunun istehsalı 10,6 faiz artıb. Ağ neftin istehsalı 6,3 faiz, yanacaq mazutunun istehsalı 45,2 faiz, dizel yanacağının istehsalı isə 18,1 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.