İQTİSADİYYAT
Azərbaycanda ötən ilin sonuna 18 aktiv neft platforması olub
Bakı, 8 iyun, Nihad Budaqov, AZƏRTAC
Azərbaycanda keçən ilin sonuna 18 aktiv neft platforması fəaliyyətdə olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.
Ötən ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən Rusiyadakı aktiv neft platformalarının sayı 332, İranda 157, Qazaxıstanda 59, Türkmənistanda isə 12 ədəd təşkil edib.
Aktiv neft platformalarının sayına görə dünyada ilk sırada 942 ədədlə Çin, ikinci yerdə 930 ədədlə ABŞ, üçüncü sırada Rusiya (332 ədəd), dördüncü yerdə 205 ədədlə Kanada, beşinci sırada isə 189 ədədlə Venesuela qərarlaşıb. Dünyada ən az aktiv neft platforması olan ölkə 1 ədədlə Liviyadır.
Keçən ilin sonuna dünyada fəaliyyətdə olan aktiv neft platformalarının sayı 3 min 807 ədəd olub. Bunun 19,8 faizi, yəni 754 ədədi OPEC-ə üzv ölkələrdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə aktiv neft platformalarının sayı 1231 ədəd, keçmiş Sovet İttifaqına üzv ölkələrdə isə 452 ədəddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]