REGİONLAR


Azərbaycanda pambıq yığımı davam edir

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabr ayının sonlarından etibarən Azərbaycanda pambığın kombaynla yığımına start verilib. Pambıq yığımı ilə əlaqədar “Aqroservis” ASC tərəfindən hazırlıq işləri tam başa çatdırılıb, mövcud kombaynlara texniki baxış keçirilib. Kombaynlarda GPS sistemi quraşdırılıb, həmçinin nasaz vəziyyətdə olan texnikaların təmiri işləri aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il pambıq yığımına 430 ədəd kombaynın cəlb edilməsi nəzərdə tutulur. Onlardan 143 ədədi “Aqroservis” ASC-yə məxsusdur. Eyni zamanda, yığılan məhsulun operativ şəkildə qəbul məntəqələrinə daşınması üçün “Aqroservis” ASC tərəfindən zəruri sayda traktor və qoşqu vasitələri ayrılıb. Ötən illə müqayisədə əlavə olaraq 76 traktor daxil olmaqla, ümumilikdə, 1364 traktor, 2860 traktor qoşqusu pambıq daşınmasına cəlb edilib.

Taxıl biçinində olduğu kimi, pambıq yığımında da kombaynlar dislokasiyaya uyğun olaraq yığımı həyata keçirirlər. Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlıq prosesinin dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası yaradılıb. Təmir briqadası mütəmadi kombaynlara baxış keçirir, təlimata uyğun istismarına nəzarət edir.

Hava şəraitindən asılı olaraq pambıq yığımının operativ, itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.