Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda pensiya təminatı sistemində islahatın dəstəklənməsi məqsədilə yeni tvinninq layihəsinin təqdimatı olub

Bakı, 23 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti çərçivəsində “Azərbaycan Respublikasında pensiya təminatı sistemində islahatın həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri və ölkəmizdəki səfiri Malena Mard, Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez, Fransa Milli Pensiya Fondunun şöbə müdiri Eliz Debiz, Litvanın ölkəmizdəki səfirliyinin nümayəndəsi, yerli və avropalı ekspertlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan S.Müslümov vurğulayıb ki, sığorta prinsipinə əsaslanan və iqtisadi fəallığı təşviq edən sosial təminat bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsində prioritet istiqamət olaraq, vətəndaşın üzləşə biləcəyi sosial risklərin səmərəli idarə olunması və onların mənfi nəticələrinin minimallaşdırılması prosesində onun özünün də iştirakına şərait yaradır: “Məhz bu prinsipə uyğun şəkildə aparılan islahatlar nəticəsində 2006-cı ildən fəaliyyət göstərən pensiya sistemi gözlənilən uğurlu nəticələrini verib. Ötən 11 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması üzrə 9, sığorta hissəsinin indeksləşdirilməsi üzrə 11 olmaqla, 20 sərəncam imzalanıb. Nəticədə, qeyd olunan dövrdə əmək pensiyaları üzrə xərclər 5,9 dəfə, əmək pensiyasının baza hissəsi 4,4 dəfə artıb. Həmçinin əmək pensiyasının orta aylıq məbləğinin 6,4 dəfə artmasına, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbətinin, yəni əvəzetmə əmsalının 28 faizdən 43 faizə yüksəlməsinə nail olunub. Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi üzrə inteqrə olunmuş göstərici 116 faiz təşkil edib”.

Bu gün ölkə əhalisinin 13,4 faizinin, yəni 1 milyon 316 min nəfərin əmək pensiyası ilə təmin edildiyini bildirən nazir vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il noyabrın 4-də imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun olaraq pensiya təminatı sistemində növbəti islahatlar aparılıb. Bununla əlaqədar pensiya qanunvericiliyində edilmiş və növbəti ayın 1-dən qüvvəyə minəcək dəyişikliklər ölkəmizdə həmin sistemin daim yenilənən müasir tələblərə uyğunlaşdırılmasına, dünyanın qabaqcıl təcrübəsi əsas götürülərək pensiya təminatı sistemində sığorta prinsiplərinin gücləndirilməsinə və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırılmış uyğunluğun yaradılmasına imkan verib.

S.Müslümov pensiya təminatı sistemində islahatların dəstəklənməsi məqsədilə ötən dövrdə Aİ-nin tvinninq layihələri çərçivəsində görülmüş işlərin önəmini qeyd edib: “Hazırda təqdimat tədbiri keçirilən və 2 illik dövrü əhatə edən növbəti tvinninq layihəsi də ölkəmizdə pensiya və sosial müdafiə sistemində Avropa ölkələrinin qabaqcıl təcrübələri əsasında gələcək islahatlara dəstəyin göstərilməsinə yönəlib. Bu dəstək fəaliyyətin müasir və səmərəli təşkili üçün vacib olan elektron audit sisteminin yaradılması və həyata keçirilməsi, büdcə tərtibatı prosesinin institutsional və texniki aspektlərinin təkmilləşdirilməsi, məcburi və könüllü sosial sığortalanma sisteminin strateji planlaşdırma mexanizmlərinin inkişaf etdirilməsi sahələrini əhatə edir. Layihənin komponentləri sırasına e-audit sahəsində çalışan əməkdaşların bilik və bacarıqlarının artırılması da daxildir”.

Nazir qeyd edib ki, layihə çərçivəsində görüləcək işlər Fransanın müvafiq qurumları (Fransa Respublikasının Sosial İşlər və Səhiyyə Nazirliyi və Əmək, Məşğulluq, Peşə Təhsili və Sosial Dialoq Nazirliyi) ilə əməkdaşlıq şəraitində aparılacaq: “Bu, Fransadakı tərəfdaşlarla birgə icra olunan artıq üçüncü layihədir. Burada nəzərdə tutulan istiqamətlərin hər biri üzrə işlər Aİ-nin üzv dövlətlərinin müvafiq sistemlərinin öyrənilməsi və təhlili əsasında yerinə yetiriləcək. Yəni bu tvinninq layihəsi pensiya təminatı sistemində islahatların həyata keçirilməsində Aİ ölkələrində mövcud olan müxtəlif yanaşmaları, iş mexanizmlərini nəzərdən keçirməyə də imkan verəcək ki, bu da çox faydalıdır”.

S.Müslümov layihədəki vacib istiqamətlər üzrə məqsədyönlü işlərin aparılacağına əmin olduğunu bildirib və layihənin işçi heyətinə uğurlar arzulayıb.

M.Mard ötən dövrdə Azərbaycanda sosial müdafiə sahəsi ilə bağlı icra olunmuş tvinninq layihələrinin müsbət nəticələrinin bu sahədə yeni tvinninq layihəsinin həyata keçirilməsinə əsas yaratdığını vurğulayıb. O, Fransanın aidiyyəti qurumları ilə əməkdaşlıq müstəvisində artıq üçüncü layihə olan yeni tvinninq layihəsinin ölkəmizdə pensiya və sosial müdafiə sisteminin Avropa ölkələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi əsasında təkmilləşdirilməsi üçün aparılan islahatlarda fəal dəstək olacağına əminliyini bildirib. A.Buşez ötən dövrdə icra olunan iki layihənin Fransa və Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrini xeyli gücləndirdiyini qeyd edib. O, yeni tvinninq layihəsinin bu əməkdaşlığın məqsədyönlü şəkildə davam etməsinə şərait yaratdığını və Azərbaycanda pensiya təminatının inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Tədbir layihənin komponentləri və layihə çərçivəsində görüləcək işlərdə gözlənilən nəticələrə dair təqdimat və müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi