ELM VƏ TƏHSİL


“Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsi uğurla reallaşdırılır

Bakı, 5 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin İdarəetmə Komitəsinin dördüncü iclası keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri, dövlət peşə təhsili müəssisələrinin rəhbərləri, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə keçirilən tədbirdə layihənin “III Aralıq hesabatı” dinlənilib, müzakirələr aparılıb.

Layihənin qrup rəhbəri Herman Sonneveld “III Aralıq hesabatı” dövründə görülmüş işlər və növbəti mərhələdə planlaşdırılan tədbirlərə dair məruzə ilə çıxış edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələrin ölkədə peşə təhsilinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb, layihənin komponentləri üzrə nəzərdə tutulan tədbirlərin icra müddətində həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər “III Aralıq hesabatı” və qarşıda duran məsələlərə dair fikirlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.