Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
AzerTAg.az
Bakı, 15 may, AZƏRTAC
Azərbaycanda son sutkada 2 896 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 272, ikinci doza vaksinlərin sayı 254 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 112-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 olub.
Qeyd edək ki, ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 687 min 648, birinci doza peyvəndlərin ümumi sayı 5 milyon 343 min 839, ikinci doza vaksinlərin sayı 4 milyon 844 min 47 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 milyon 256 min 620, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 min 142 olub.

Xəbərin mətnində orfoqrafik səhv var