CƏMİYYƏT


“Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində sosial film hazırlanıb

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) tərəfindən UNESKO-nun dəstəyi ilə keçirilən “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində könüllülərin “Azərbaycanda plastik tullantılara son” kampaniyasına qoşulmalarını həvəsləndirmək üçün sosial film hazırlanıb.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, məqsəd ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək verilməsi, BMT-nin Ətraf Mühit Proqramı modelinin Azərbaycan ərazisinə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atılması, plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması, plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik məkanlarının təmiz saxlanılmasıdır.

Qeyd edək ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub və həmin məqsədlərə çatmaq üçün üzərinə öhdəliklər götürüb. Xüsusən, DİM-in 12-ci məqsədi “Dayanıqlı istehlak və istehsal” və 13-cü məqsədi “İqlim dəyişikliyi”nə uyğun olaraq AKİB “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin, gənclər, gənclər təşkilatlarının və 200 nəfər könüllünün iştirakı ilə forum və 30 nəfər könüllü üçün TOT (Təlimçilər üçün Təlim) seminarları təşkil edib.

Bundan əlavə, sentyabrın 21-də Ümumdünya Təmizlik Günündə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında sahilyanı təmizlik kampaniyası keçirilib. Sabunçu rayonu ərazisində yerləşən Pirşağı çimərliyində 250-dən çox könüllünün iştirakı ilə həyata keçirilən aksiya zamanı 2 tona yaxın məişət tullantısı toplanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.