CƏMİYYƏT


Azərbaycanda qadınlar üçün yeni mentorluq proqramına start verilir

Bakı, 25 yanvar, AZƏRTAC

BMT-nin İnkişaf Proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) texniki dəstəyi ilə STEM (Science - Elm, Technology - Texnologiya, Engineering - Mühəndislik, Math - Riyaziyyat) sahəsi üzrə təhsil alan və karyera qurmağa hazırlaşan qadınlar üçün yeni mentorluq proqramını elan edir.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, “Qadınlar STEM-də” kampaniyası çərçivəsində yaradılan proqramın əsas məqsədi STEM sahəsində çalışan gənc peşəkar və ya tələbə olan xanımları faydalı alətlər və məsləhətlərlə təmin etməkdir.

Mentorluq proqramına STEM sahəsi üzrə təhsil alan (bakalavr və magistr), gənc mütəxəssislər və STEM sahəsində startup qurmağa hazırlaşan xanımlar müraciət edə bilər. Mentorlar isə bu sahədə 5 ildən çox təcrübəsi olan peşəkarlar, startap təsisçiləri və elmi fəaliyyəti olan şəxslər arasından seçilir.

Sözügedən proqrama həm yerli, həm də beynəlxalq mentorlar cəlb olunacağı üçün, iştirakçıların ingilis dilini bilməsi arzuolunandır.

Proqramın müddəti 9 aydır və iştirak ödənişsizdir.

Mentorluq etmək istəyən peşəkarlar və ya mentorluq proqramından faydalanmaq istəyən gənc xanımlar CV-lərini və motivasiya məktublarını (maksimum 500 söz) leyla.seyidzade@undp.org email ünvanına göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.