CƏMİYYƏT


Azərbaycanda qeydə alınan 29 növ ilandan 6-sı təhlükəlidir

Bakı, 15 avqust, AZƏRTAC

Dünyadakı ilanların beşdəbir hissəsi təhlükəli sayılır. Həmin statistika ölkəmizə də xasdır. Azərbaycanda qeydə alınan 29 ilan növündən yalnız 6-sı təhlükəlidir. Onlardan ən zəhərlisi isə gürzədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova məlumat verib.

Onun dediyinə görə, ilanlardan qorunmağın müxtəlif yolları var: “İlanlarda ən yaxşı inkişaf etmiş orqan iybilmədir. Bəzi sərt iyli bitkilər var ki, ilanlar həmin iyləri sevmir, lakin müəyyən müddətdən sonra ona öyrəşirlər. Həmçinin bəzi pişik növləri və it cinsləri var ki, onlar da ilanları zərərsizləşdirə bilirlər. Lakin qorunmağın ən yaxşı yolu bağ evlərini və həyətyanı sahələri gəmiricilərdən qorumaqdır, çünki ilanlar əsasən qida ehtiyaclarını ödəmək üçün gəmiricilərin ardınca həmin ərazilərə gedib çıxırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.