İQTİSADİYYAT


Azərbaycanda qeyri-neft ixracı 44 faiz artıb

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac keçən ilin müvafiq dövrü ilə müqayisədə 720,8 milyon ABŞ dolları və ya 44 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “İxrac icmalı”nın dekabr sayına əsasən, cari ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 milyard dollar, qeyri-neft sektoru üzrə 2,4 milyard dollar təşkil edib.

2021-ci ilin 11 ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 258,8 min dollar artaraq 549,8 milyon dollar təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,7 dəfə, pambıq lifi 70,2 faiz, şəkər 29,8 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 69,3 faiz, artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə noyabr ayı üzrə ixrac 2,95 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 58,7 faiz təşkil etməklə 307,2 milyon dollar olub. Bu ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 1,6 faiz artaraq 98,9 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 2,2 dəfə artaraq 208,3 milyon dollar təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.