İQTİSADİYYAT


Azərbaycanda qeyri-neft ixracı üzrə artımın 17,8 faizi “SOCAR Polymer”in payına düşüb

Bakı, 17 yanvar, AZƏRTAC

Fəaliyyətə başladığı gündən Azərbaycanın qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verən müəssisələrdən biri də “SOCAR Polymer” şirkətidir.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, ölkə üzrə qeyri-neft ixracının 9,1 faizi, qeyri-neft ixracı üzrə artımın 17,8 faizi “SOCAR Polymer”in payına düşüb. Polimer məhsullarının ixracı 2020-ci ilin yanvar-noyabr aylarında 88,8 milyon dollar təşkil etmişdirsə, ötən ilin eyni dövründə bu rəqəm 217,4 milyon dollar olub. Bu da 2,4 dəfə artım deməkdir. Şirkətin məhsulları əsasən Rusiya, Türkiyə, Qazaxıstan, Çin və Ukraynaya ixrac edilib.

Qeyd edək ki, “SOCAR Polymer” şirkəti 2013-cü il iyulun 16-da ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədilə təsis edilib. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşir. 184 min və 120 min ton illik istehsal gücünə malik olan PP və YSPE zavodları müvafiq olaraq 2018-ci ilin iyulunda və 2019-cu ilin fevralında istismara verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.