İQTİSADİYYAT


Azərbaycanda qeyri-yeyinti məhsullarının ixracı 27,2 faiz artıb

Bakı, 7 may, AZƏRTAC

Bu ilin aprel ayı üzrə ixrac 3,8 milyard ABŞ dolları təşkil edib.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may nömrəsinə istinadla bildirir ki, qeyri-neft sektoru üzrə ixracda artım 22 faiz təşkil etməklə 238,3 milyon ABŞ dolları olub.

Cari ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2 faiz artaraq 51,4 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 27,2 faiz artaraq 186,9 milyon dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.