CƏMİYYƏT


“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlər keçirilib

Bakı, 17 avqust, AZƏRTAC

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlər keçirilib.

AZƏRTAC-a rayon icra hakimiyyətindən bildiriblər ki, layihənin məqsədi gənc və yetkinlik yaşına çatmayanların fəal iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdan ibarətdir.

Təlimdə rayon icra hakimiyyətində təcrübə keçən ASAN könüllüləri və fəal gənclər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.