ELM VƏ TƏHSİL
“Azərbaycanda rəqabətqabiliyyətli turizmin formalaşması” monoqrafiyası çapdan çıxıb
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyevanın “Azərbaycanda rəqabətqabiliyyətli turizmin formalaşması” monoqrafiyası rus dilində çapdan çıxıb.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, monoqrafiya Azərbaycanın turizm sahəsinin mövcud vəziyyətinin tədqiqi və ölkədə rəqabətqabiliyyətli turizmin formalaşması imkanlarının aşkarlanmasına həsr olunub. Turizmin rəqabətqabiliyyətliliyi indeksi ilə adambaşına ümumi daxili məhsul arasında korrelyasiya təhlilinin aparılması turizm sahəsinin inkişafı ilə ölkənin iqtisadi inkişafı arasında əlaqənin mövcudluğunu göstərib.
Mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulan kitabın elmi redaktoru professor Gülşən Yüzbaşıyevadır.