İQTİSADİYYAT


“Azərbaycanda sahibkarlıq fəaliyyətinin qeydiyyata alınması və aparılması” mövzusunda təlim keçiriləcək

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 15-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Azərbaycanda sahibkarlıq fəaliyyətinin qeydiyyata alınması və aparılması” mövzusunda təlim keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, təlimdə Bakı KOBİM-in təlimçi-eksperti Məhəmməd Həsənli biznesin yaradılması; sahibkarlığın hüquqi formaları; sahibkarlıq fəaliyyətini tənzimləyən qanunlar və normativ aktlar; yaşıl sahibkarlıq; əməyin təhlükəsizliyi; rəqəmsallaşma və sahibkarlığın gələcək trendləri mövzularında məruzələr edəcək. Saat 14:00-da keçiriləcək təlimdə iştirak etmək istəyən KOB subyektləri (+994 70) 300-80-02 nömrəsi ilə əlaqə saxlaya və ya “[email protected]” elektron poçt ünvanına müraciət edə bilərlər. Təlim ödənişsizdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.