CƏMİYYƏT


Azərbaycanda son sutkada koronavirus infeksiyasından həyatını itirən olmayıb

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 73 nəfər müalicə olunaraq sağalıb, 146 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 337 min 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 946 nəfər müalicə olunaraq sağalıb, 4988 nəfər vəfat edib. Aktiv xəstə sayı 1668 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 876 min 962 test aparılıb. Bugünkü test sayı isə 9046-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.