Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah

Bakı, 15 dekabr, AZƏRTAC 

Sosial müdafiə sistemi XIX əsrin ikinci yarısı–XX əsrin əvvəllərində Qərbi Avropa ölkələrində formalaşmağa başlayıb. Sistemin qurulması barədə ilk sosial qanun isə Almaniyada Kansler Otto fon Bismark tərəfindən qəbul edilib. Tezliklə bir sıra digər Avropa ölkələri də bu təcrübədən yararlanmağa başlayıblar.

1949-cu ildə Beynəlxalq Əmək Təşkilatının yaranması, eləcə də BMT-nin insan hüquqları sahəsində standartların formalaşması sosial müdafiə sisteminin inkişafına təkan verib.

Azərbaycanda sosial müdafiə sisteminin formalaşması

Azərbaycanda sosial təminat qanunvericiliyi XX əsrin əvvəllərində formalaşmağa başlayıb. Bu sahədə ilk addım kimi 1903-cü ildə “İstehsalatda bədbəxt hadisələrə görə işəgötürənlərin məsuliyyəti haqqında” və 1912-ci ildə “Bədbəxt hadisələrdən və xəstəliklərdən fəhlələrin sığortası haqqında” qanunlar qəbul olunub.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra 9 nəfərdən ibarət ilk müvəqqəti hökumət kabineti təşkil edilib. İlk hökumət kabinetində Əkbər ağa Şeyxülislamov əkinçilik və əmək naziri vəzifəsinə təyin olunub. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sosial siyasətinin əsas istiqamətlərindən biri də əhalinin məşğulluq səviyyəsinin artırılması, əmək şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mənzil və kommunal təminatın səviyyəsinin yüksəldilməsi idi. Cümhuriyyətin fəaliyyəti dövründə parlamentin müzakirəsinə müxtəlif sahələr üzrə 315 qanun layihəsi təqdim olunub. Onlardan 10-u sosialyönümlü idi. Bununla yanaşı, pensiya məsələləri üzrə iki əsas qərar qəbul edilmişdi. Cümhuriyyətin fəaliyyəti dövründə 1918-ci il yanvarın 13-də Bakı şəhər Dumasında Əmək Birjası da yaradılmışdı.

1991-ci il oktyabrın 18-də Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikanın dövlət təsisatlarının yenidən təşkilinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılması haqqında” 10 dekabr 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsi ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb. Lakin dövlət müstəqilliyinin ilk illərində ölkədə ağır sosial-iqtisadi və siyasi gərginlik hökm sürürdü. Son dərəcə çətin bir şəraitdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normal fəaliyyəti qeyri-mümkün idi.

Xalqının ən çətin məqamında hakimiyyətə qayıdan Heydər Əliyevin sosial sahəyə davamlı diqqət və qayğısı müstəqil Azərbaycan dövlətinin sosial siyasətinin formalaşması və təkmilləşməsinə səbəb oldu. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində də ciddi dönüş yarandı. Ümummilli Liderin aztəminatlı vətəndaşlara xüsusi qayğısının nəticəsi olaraq əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlillərin tibbi-sosial reabilitasiyası sisteminin müasir tələblər səviyyəsində qurulması, əlillərin minik avtomobilləri, veloarabalar və digər reabilitasiya vasitələri ilə təminatı, pensiyaların, müavinətlərin artırılması, əhalinin məşğulluğunun gücləndirilməsi kimi bir sıra istiqamətlərdə uğurlu tədbirlərin həyata keçirilməsinə başlanıldı.

Uzaqgörən siyasətçinin müdrik siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, aztəminatlı əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm uğurlar qazanılıb.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına mühüm töhfələr verən bir hökumət strukturu kimi fəaliyyətini uğurla davam etdirir.

Ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər

Ölkədə əmək pensiyaları və sosial müavinətlərin miqdarı getdikcə artırılır, əlillərin, şəhid ailələrinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan təqaüdlərin cari ildə də mütəmadi artımına imkan verib. Belə ki, oktyabrın 1-də ölkəmizdə pensiyaların orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1 manata çatıb. O cümlədən, yaşa görə təqaüdlərin orta aylıq məbləği 9 faiz çoxalaraq 249,1 manat təşkil edib. Gələn ildə də əmək pensiyaları üzrə 336 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə 3,8 milyon manat, digər xərclər üzrə isə 9,5 milyon manat artım nəzərdə tutulur. Növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,3 faiz artaraq 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyası isə daha da artaraq orta göstərici 272 manata çatacaq. Orta aylıq əməkhaqqının isə 14,9 faiz artacağı proqnozlaşdırılır. 

Hazırda ölkəmizdə 1 milyon 309 min nəfər pensiya alır ki, bu da ölkə əhalisinin 13,2 faizini təşkil edir. Təqaüdçülərin 58,5 faizi yaşa, 11,5 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır. Azərbaycanda əlillərin sayı 620 minə yaxındır. Onlar əlilliyə görə əmək pensiyası və ya təqaüd hüququ olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar.

Yeni qayda olaraq əhaliyə göstərilən xidmətlərdə məmur-vətəndaş təmasının aradan qaldırılması və şəffaflığa tam nail olunması üçün pensiya təyinatı prosedurunun elektronlaşdırılması həyata keçiriləcək.

Hər kəsin “DOST”u...

Prezident İlham Əliyev əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin təqdimatı zamanı vətəndaş məmnunluğunu daim diqqət mərkəzində saxlayır. Ölkə başçısının 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və “DOST” mərkəzlərinin yaradılması buna bariz nümunədir. Sosial xidmətlərin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli şəkildə təqdim olunması agentliyi və mərkəzləri hər kəsin, xüsusilə həssas qrupların “DOST”una çevirəcək.

Ümumilikdə, Bakıda və respublikanın regionlarında 2019-2025-ci illərdə 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulub.

Sosial cəhətdən həssas qrupların işlə təminatı

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin prioritetləri sırasında işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı, xüsusilə də sosial cəhətdən həssas qrupların aktiv sosial müdafiə tədbirləri ilə əhatə olunmaqla əmək bazarına çıxışına şərait yaradılması mühüm yer tutur. Dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda da sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi əsas istiqamətlərdən biri kimi əksini tapıb. 

Xocavənd rayonundan məcburi köçkün, Gözdən Əlillər Cəmiyyətinin üzvü Qədir Qurbanov altı yaşında yaxınlığında bomba partlaması nəticəsində gözlərini və sağ əlini biləkdən aşağı itirib. Sadəcə sol əli işlək olan bu gənc təhsilini davam etdirib və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirib. Bundan əlavə o, kompüter kurslarında biliklərini artırıb. Yüksək bilik və bacarıqları ilə seçilən gənc martda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən poçtlardan birində işlə təmin edilib. O, ölkə başçısının sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına çıxışına şərait yaradılmasına yönəlmiş Sərəncamını yüksək qiymətləndirib. Onun ən böyük arzularından biri də bütün əlillərin işlə təmin edilməsi və öz bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır. Ölkədə sosial müdafiə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər onun bu arzusunun tezliklə gerçəkləşəcəyinə rəvac verir.

Bundan başqa aztəminatlı ailələr, işsiz və işaxtaranlar özünüməşğulluq proqramına cəlb olunur. Ölkənin bütün bölgələrində həmin şəxslərə mal və materiallar verilir. Onlar həmin aktivlərlə kiçik ailə təsərrüfatlarını yaradıb genişləndirməyə çalışırlar. Proqrama cəlb olunanların əksər hissəsini əlillər, məcburi köçkünlər, şəhid ailəsi üzvləri, müharibə veteranları və digər həssas qruplardan olanlar təşkil edir.

Nə vətən fədailəri, nə də ki, onların varisləri unudulmurlar...

Azərbaycanda ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid və ya əlil olanlara xüsusi dəyər verilir. Döyüşlərdə şücaət göstərənlərin adları yaddaşlara həkk olunduğu kimi onların vərəsələri də unudulmurlar. 

Dövlət başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçuların vərəsələri birdəfəlik ödəmələrlə təmin edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsi üçün bütün səylərini səfərbər edib. Ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu günədək artıq 2300-dən çox şəhid hərbi qulluqçunun 3 mindən artıq vərəsəsinə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib. Prezident İlham Əliyevin müvafiq Fərmanı uğurla həyata keçirilməkdədir.

Şəhid hərbi qulluqçuların vərəsələri ölkə başçısının bu addımını yüksək qiymətləndirir, dövlət qayğısını hər zaman hiss etdiklərini deyirlər.

Bundan əlavə, şəhid ailələri, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin mənzillə təminatı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələləri də ölkə başçısının həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindəndir.

Dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə həmin zümrədən olanların üçün bu il əlavə olaraq minimum 300 mənzilin alınmasına görə 20 milyon manat vəsait ayrılıb. Bunun nəticəsində cari ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 2,8 dəfə çox olmaqla 600-ə yaxın mənzilin təqdim edilməsinə imkan yaranıb.

Görülən işlər, imzalanan sərəncam və fərmanlar, həyata keçirilən islahatlar Azərbaycanda sosial müdafiə sisteminin inkişafı istiqamətində mühüm addımlar atıldığının göstəricisidir. Dövlət başçısının həssas qruplara, sosial müdafiəyə ehtiyacı olanlara diqqət və qayğısı hər addımda hiss olunur.

Azərbaycanda vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətlərin sosial ədalətlilik prinsipi əsasında təqdim edilməsi, əhalinin sosial-iqtisadi həyat şəraitinin yaxşılaşdırılması üçün sosial müdafiənin bütün sahələrində ciddi islahatlar aparılması beynəlxalq təşkilatlar tərəfindən keçid dövrü ölkələri üçün örnək göstərilir. Sosial xidmətlərin müasir standartlara uyğun təmin edilməsi Azərbaycanda sosial müdafiənin inkişaf etmiş ölkələrlə bir sıraya yüksələcəyinə sadəcə sayılı vaxtın qaldığını deməyə əsas verir. Tezliklə müasir çağırışlara cavab verən sosial müdafiə sisteminin qurulacağına Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti zəmin yaradır...

 

Ziyadxan Həsənov

AZƏRTAC-ın müxbiri

Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim etmək üçündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir