ELM VƏ TƏHSİL


Azərbaycanda su ehtiyatları problemi tədqiq olunur

Bakı, 14 iyun, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycan çaylarında suyun azalması, ölkədə su ehtiyatları problemi tədqiq olunur. Bu barədə AZƏRTAC-a institutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov məlumat verib.

Coğrafiyaşünas alim bildirib ki, transsərhəd çaylarından istifadə üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayan və öhdəlik daşımayan qonşu Gürcüstan ərazisindən gələn Kür çayının suyu 25 faiz azalıb. Bundan əlavə, Azərbaycan ərazisində yağıntının və buzlaq sularının səviyyəsinin 2 dəfə aşağı düşməsi çayların suyunun azalmasına səbəb olub.

Alim, həmçinin Kürdə yaranmış vəziyyəti düzəltmək üçün çayın deltasında yığılıb qalmış lilin təmizlənməsini vacib hesab edib. O, Azərbaycanda su probleminin həllində qənaətcilliyin mühüm rol oynadığını deyib. M.Həsənov işlənmiş suyun emalından sonra onun təkrar istifadəsini, yağış, qar sularının navalçalar vasitəsilə toplanaraq suvarmada və digər məqsədlərlə istifadəsini, evlərə gələn suyun boşuna axıdılmasına yol verilməməsini çıxış yolu kimi gördüyünü qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.