ELM VƏ TƏHSİL


Azərbaycanda su infrastrukturu sahəsində görülən tədbirlər artıq müsbət nəticə verib

Bakı, 27 noyabr, AZƏRTAC 

Azərbaycan hökuməti tərəfindən su infrastrukturunun inkişafı istiqamətində son illər islahatlar həyata keçirilir və bu prosesdə 2000-ci ildən iştirak edirəm. Bu sahədə reallaşdırılan tədbirlər artıq müsbət nəticələrini verməkdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Müasir inşaatda su, enerji təchizatı və ekologiya problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edən BMT-nin nümayəndəsi, “UNDP GEF Kura II Project” layihəsinin texniki rəhbəri Meri Matyus jurnalistlərə müsahibəsində deyib.

Konfransın aktual bir mövzuya həsr olunduğunu deyən BMT-nin nümayəndəsi müzakirələrə müxtəlif ölkələrin mütəxəssislərinin cəlb olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Su idarəetmə infrastrukturlarının, eləcə də iqlim dəyişikliyinə qarşı effektiv mübarizə istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayan M.Matyus bu sahədə təbii amillərin üstünlüklərindən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.