CƏMİYYƏT


Azərbaycanda sutka ərzində koronavirusa 353 nəfər yoluxub

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan Respublikasında sutka ərzində koronavirus infeksiyasına 353 nəfər yoluxub, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 236 min 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 229 min 591 nəfər müalicə olunaraq sağalıb, 3238 nəfər vəfat edib. Aktiv xəstə sayı 3536 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 645 min 206 test aparılıb. Bugünkü test sayı isə 9436-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.