MƏDƏNİYYƏT


Azərbaycanda tarixi abidələrin öyrənilməsi və qorunub saxlanılması istiqamətində irimiqyaslı işlər aparılır

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də “Sputnik Azərbaycan” informasiya agentliyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı dosent Azad Rzayev arxeologiya və etnoqrafiya kafedrasının abidələrin öyrənilməsi və qorunub saxlanması istiqamətində fəaliyyətindən danışıb. A.Rzayev tarix fakültəsinin tələbələrinin müntəzəm olaraq irimiqyaslı qazıntılarda, müxtəlif beynəlxalq konfranslarda iştirak etdiyini bildirib. Dekan, həmçinin Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında alban abidələrinin rolunu da vurğulayıb.

Tanınmış rusiyalı tarixçi Oleq Kuznetsov Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün yaranmasından, bu günün bütün bəşəriyyət üçün əhəmiyyətindən danışıb. Tarixçi Azərbaycanda tarixi abidələrin öyrənilməsi və qorunub saxlanılması istiqamətində irimiqyaslı işlərin aparıldığını diqqətə çatdırıb.

Tədbir müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.