İQTİSADİYYAT


Azərbaycanda ticarət siyasətinin səmərəliliyinin artırılması layihəsi yekunlaşıb

Bakı, 22 yanvar, AZƏRTAC

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və benefisiarı İqtisadiyyat Nazirliyi olan “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarında nazirliyin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsinin başa çatması ilə bağlı konfrans keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, yerli biznes dairələrinin və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, həyata keçirilən tədbirlər və layihələr barədə məlumat veriblər.

Tədbirdə layihə üzrə görülən işlər barədə yekun təqdimat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.