İDMAN


Azərbaycanda uşaq Paralimpiya hərəkatı inkişaf etdirilir

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması işində yeni mərhələ başlayıb. Hazırda paralimpiyaçı uşaqların vahid məlumat bazasının yaradılması istiqamətində müvafiq işlər görülür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) birinci vitse-prezidenti Natiq Qasımov komitənin nəzdində fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin baş məşqçiləri ilə görüşü zamanı deyib.

AMPK-nın birinci vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsinin (UPK) İdarə Heyətinin sədri Natiq Qasımov son beş il ərzində respublikamızda uşaq Paralimpiya hərəkatının yaradılması və inkişaf etdirilməsi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb.

Komitə rəsmisi bildirib ki, uşaq Paralimpiya hərəkatının yaradılması və inkişaf etdirilməsi istiqamətində bir sıra təşkilatların dəstəyi olub. 2013-cü ildə uşaq Paralimpiya hərəkatının yaradılması və inkişaf etdirilməsi məqsədi ilə AMPK ilə UNICEF-in Azərbaycan nümayəndəliyi arasında beş il müddətinə anlaşma memorandumu imzalanmışdır. Bu dəstəyin davam etdirilməsi məqsədi ilə yaxın günlərdə AMPK ilə UNICEF-in Azərbaycan nümayəndəliyi arasında yeni memorandum imzalanacaq. Bununla yanaşı “BP Azərbaycan” da hərəkatın inkişafına dəstək olub. Güman edirik ki, bu dəstək gələcəkdə də davam etdiriləcək.

Daha sonra AMPK-nın baş katibi, UPK-nın icraçı direktoru Kamal Məmmədov da çıxış edib. Məşqçilərin qarşısında dayanan vəzifələr haqqında söz açıb. O bildirib ki, böyüklər arasında Paralimpiya yarışlarına seleksiya üçün uşaq Paralimpiya hərəkatının fəaliyyəti olduqca önəmlidir. İstər paytaxt Bakıda, istərsə də regionlarda sağlamlıq imkanları məhdud uşaqların Paralimpiya hərəkatına cəlb olunması istiqamətində addımlar atılmalıdır.

Görüşdə geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.