CƏMİYYƏT


Azərbaycanda vətəndaşlar COVID-19 əleyhinə dördüncü doza vaksin vurdura bilərlər

Bakı, 28 oktyabr, AZƏRTAC

Sağlamlıq vəziyyətindən asılı olaraq vətəndaşların yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə dördüncü doza vaksin vurdurması mümkündür.

AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycanda vətəndaşların ilkin vaksinasiyadan (2 dozalıq) 6 ay sonra buster doza vurdurması və ya revaksinasiya mümkündür: “COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın vurulması tövsiyə olunur”.

Məlumata əsasən, vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürdükdə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur. Yəni, bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir və ya mobil nömrəyə göndərilən SMS-də qeyd edilir. Ona görə də 4-cü doza vaksinasiya üçün əlavə növbə götürməyə ehtiyac yoxdur.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 469 min 618, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 119 min 77, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 350 min 541 nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.