CƏMİYYƏT


Azərbaycanda vurulan vaksin dozalarının sayı 1 milyon 400 minə yaxındır

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 77 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9205, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5872 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 381 min 967-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 917 min 877, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 464 min 90 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.