İQTİSADİYYAT


“Azərbaycanda xarici biznes 2020” hesabatı təqdim olunacaq

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 11-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azərbaycan”) tərəfindən “KPMG Azərbaycan” ilə əməkdaşlıq çərçivəsində nəşr olunan “Azərbaycanda xarici biznes 2020” hesabatının rəsmi təqdimatı keçiriləcək.

“AHK Azərbaycan”dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, idarə heyətinin sədri Fərid İsayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edəcəklər. “AHK Azərbaycan”ın icraçı direktorunun müavini Nigar Bayramlı “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” mövzusunda məruzə edəcək. Həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin rəhbəri İvana Duarte, “BP Azerbaijan”ın Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin məruzələri dinləniləcək.

Qeyd edək ki, hesabat Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır, xüsusilə də ölkədə investisiya mühitinə fokuslanır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.